“Bölmələrimiz tezliklə Şuşada olacaq”

“Bölmələrimiz tezliklə Şuşada olacaq”
  26 Oktyabr 2020    Oxunub:2629
"Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri Laçındakı bölmələrimizi artilleriya atəşinə tutub. Bu işğalçı ölkə tərəfindən yeni humanitar atəşkəs rejiminin pozulması deməkdir".
Bunu Azvision.az -a deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu gün səhərdən etibarən işğalçı qüvvə tərəfindən yeni humanitar atəşkəsin kobudcasına pozulması bir daha təsdiq edir ki, məğlubiyyətləri ilə barışa bilməyən və beynəlxalq hüquq prinsiplərinə əməl etməyən Ermənistanın hərbi-siyasi hakimiyyəti ilə vasitəçilərin fərqli formatlarda apardığı danışıqlar yenə də səmərə vermir.

"Əminik ki, rəşadətli Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünü tam bərpa edərək regiona sülh gətirəcək. Eyni zamanda, artıq qoşun bölmələrimizin Laçın rayonunda olması çox qürurvericidir və Ordumuzun inamla irəliləyərək torpaqlarımızı tezliklə tam işğaldan azad edəcəyinin göstəricisidir. Müdafiə Nazirliyinin məlumatına görə, rəşadətli Ordumuzun bölmələri Səfiyan kəndində yerləşir. İnanırıq ki, tezliklə Laçın və Şuşa şəhərlərində də ordu bölmələrimiz olacaq. Qarabağ Azərbaycandır!"

Azvision.az


Teqlər: Deputat   Vüqar-Bayramov  





Xəbər lenti