“Şuşa məscidində azan oxuyacağam” - Alim Qasımov

 “Şuşa məscidində azan oxuyacağam” -  Alim Qasımov
  26 Oktyabr 2020    Oxunub:5627
“Şuşada dizimi yerə qoyub namaz qılacağam, dualar edəcəyəm”
Bunu Azvision.az -a Xalq artisti Alim Qasımov Müzəffər Ordumuzun qələbələrindən danışarkən deyib. Xanəndə bildirib ki, Şuşa işğaldan azad olunandan sonra məscidində azan oxuyacaq.

“Xalqımızla bir yerdəyəm. Bütün Azərbaycan kimi mənim də ürəyimdə sevinc aşıb-daşır. Sağ- salamat torpaqlarımızı geri alaq. Evimizdə hər kəs Ali Baş Komandanın qələbə xəbərlərindən sonra sevincdən qışqırır. Zəng edib dostlarımızı təbrik edirik. Bütün Azərbaycanın fikri, xəyalı eynidir. Kimliyindən asılı olmayaraq heç kim bu dəqiqə ayrı bir şey fikirləşə bilmir və fikirləşməyə ixtiyarı yoxdur. Məndən də yaxşı azan oxuyanlar var. Ancaq məsləhət olarsa, Şuşa məscidində azan oxuyaram. Şuşada dizimi yerə qoyub namaz qılıb, dualar edəcəyəm.

Ordumuzun qələbələri Allahın göndərdiyi pay, səda oldu. Qaranlıq dünyadan bizi işıqlığa çıxardı. Şəhidlərimizə, bu yolda həlak olanlara Allah rəhmət etsin, yaxınlarına səbr versin. Qarabağı qarış-qarış gəzəcəyəm. Ayrıseçkilik salmadan birinci kənddən sonuncu kəndə kimi gedəcəyəm. Allah möhlət versin, doğma torpaqlarımızı gəzək, ziyarət edək. Qarabağa, vətənə aid mahnıların sözlərini mütaliə edirəm. Qələbələrimizin şərəfinə yeni mahnılar oxuyacağam”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: AlimQasımov   Xanəndə  





Xəbər lenti