Prezident düşmənin məhv edilən texnikalarının sayını açıqladı

 Prezident düşmənin məhv edilən texnikalarının sayını açıqladı
  26 Oktyabr 2020    Oxunub:2150
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində düşmənin məhv edilən və ələ keçirilən texnikaların siyahısını açıqlayıb.
Azvision.az həmin siyahını təqdim edir:

“Düşmənin 252 tankı məhv edilib, 53 tank hərbi qənimət kimi götürülüb - toplam 305 tank. Piyadaların döyüş maşını (PDM) 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb. Toplam 79.

251 müxtəlif çaplı toplar məhv edilib, 24-ü qənimət kimi götürülüb. 61 minaatan məhv edilib, 45-i qənimət götürülüb. Toplam 106.

53 tank əleyhinə vasitə, 82 “Qrad” qurğusu, iki “Uraqan”, iki YARS (Yaylım Atəş Raket Sistemi), bir TOS məhv edilib.

Dörd TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 4 KUB və bir KRUQ zenit-raket kompleksi, iki “S-125” zenit-raket kompleksi məhv edilib.

6 “S-300” zenit-raket kompleksi məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokatr məhv edilib. Əməliyyat taktiki raket komplekslərindən 2 əməliyyat-taktiki raket kompleksi - “Elbrus” və 1 “Toçka-U” raketi məhv edilib.

231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Toplam 404 yük avtomobilindən biz düşməni məhrum etmişik”.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti