Şeyx BMT rəsmisinə erməni terroru barədə məlumat verdi
Şeyxülislama regionun dini lideri olaraq böyük rəğbət bəslədiyini bir daha diqqətə çatdıran BMT Baş Katibinin müavini QMİ sədrinin sülh və sabitliyin əldə edilməsi istiqamətdəki səylərini yüksək qiymətləndirib.
Şeyxülislam Allahşükür Paşazadə Moratinosa son günlər Azərbaycan dövlətinin öz ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlar, Ermənistanın vasitəçi dövlətlərin səyi ilə əldə edilən humanitar atəşkəsi dəfələrlə kobud surətdə pozması, dinc əhaliyə qarşı vəhşilik törətməsi və bunun nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla 65 nəfərin həlak olması barədə ətraflı məlumat verib, dünya ictimaiyyətini bu cinayətə qarşı biganə qalmamağa çağırıb.
Video konfrans formatında keçirilən görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirə aparıblar.
Azvision.az