Xocalı qatillərinin məhv edilməsi ilahi ədalətin bərpasıdır
Cənab Prezidentin bugünkü tarixi çıxışında diqqəti xüsusilə çəkən digər bir mühüm məsələ Xocalı soyqırımını törədənlərin cəzalandırılması ilə bağlı söylədiyi fikirlərdi: “Mən demişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır. Bu döyüşlərdə, son bir ayda Xocalı soyqırımını törədən bir çox cinayətkarlar məhv edildi.
Ali Baş Komandanın 20-ci əsrin ən böyük insanlıq faciələrindən, soyqırımlarından olan Xocalı Soyqırımı ilə bağlı söylədiyi bu fikir bizi riqqətə gətirdi, qəlbimizi bir xeyli rahatlatdı. Xocalı qatillərinin məhv edilməzi ilahi və tarixi ədalətin bərpasıdır.
Cənab Prezidentin qətiyyəti, sarsılmaz iradəsi və rəhbərliyi ilə qəhrəman Ordumuzun torpaqlarımızı işğaldan azad etməyə başlaması və xalqımızın qisasını mənfur düşməndən alması müasir tariximizin ən unudulmaz və misilsiz hadisəsidir.
Eşq olsun, Müzəffər Ali Baş Komandana!
Yaşasın, Azərbaycanın qəhrəman Ordusu!
Qarabağ Azərbaycandır!
Azay Quliyev,
Milli Məclisin deputatı
Azvision.az
Teqlər: Azay-Quliyev