“Xalqın inamının arxasında Ali Baş Komandanın qətiyyəti dayanır”

“Xalqın inamının arxasında Ali Baş Komandanın qətiyyəti dayanır”
  26 Oktyabr 2020    Oxunub:2158
“Prezident İlham Əliyev bu gün xalqa növbəti müraciətində Qarabağın erməniləşdirilməsinin, eləcə də münaqişənin tarixi xronologiyasına qısa nəzər salmaqla Azərbaycanın və azərbaycanlıların bu məsələdə üzləşdiyi tarixi ədalətsizliklərdən bəhs etdi”.
Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

Onun sözlərinə görə, dövlət başçısının qeyd etdiyi kimi, ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayıraraq onu ya Ermənstana birləşdirmək, ya da ikinci müstəqil erməni dövləti yaratmaq ideyalarının qarşısında bu gün ulu öndər Heydər Əliyev amili keçilməz dağ kimi dayanmışdı: “Bəli, hər addımlarında məqamından yararlanmağa çalışan və çox vaxt da buna nail olan ermənilər, nəhayət, öz istəklərinə çatdılar. Ümummilli lider Heydər Əliyev Moskvada siyasi hakimiyyətdən uzaqlaşdırılqdan dərhal sonra ermənilər nəinki Dağlıq Qarabağı, hətta çox qısa müddət ərzində onun ətrafındakı daha 7 rayonu işğal edə bildilər”.

H.Paşayev deyib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Qarabağ münaqişəsinin birdəfəlik həlli, ermənilərin işğal olunmuş torpaqlarımızdan çıxarılması istiqamətində çox ciddi səylər göstərsə də, bunun üçün nə zaman yetişmişdi, nə də Azərbaycan buna hazır idi:

“Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində müzəffər Ordumuzun uğurları, eləcə də ötən gün işğaldan azad edilmiş növbəti yaşayış məntəqələri haqqında sanki, ənənəyə çevrilmiş xoş müjdələri çatdırdı. Bu gün hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında çox yaxın zamanlarda bütün işğal altında olan torpaqlarımızın azad olunacağına varlığı qədər inanır. Bu inamın arxasında xalqın iradəsi, Ali Baş Komandanın qətiyyəti, müzəffər ordumuzun rəşadəti dayanır”.

Azvision.az



Teqlər: YAP   İlham-Əliyev  





Xəbər lenti