"Ağcabədi, Tərtər və Ağdama 100-dən çox top mərmisi atılıb" - Hikmət Hacıyev

  26 Oktyabr 2020    Oxunub : 1671
   "Ağcabədi, Tərtər və Ağdama 100-dən çox top mərmisi atılıb" -    Hikmət Hacıyev
“Saat 08:00-dan 13:00-dək Azərbaycanın Ağcabədi, Tərtər, Ağdam rayonlarına 100-dən çox top mərmisi atılıb. Fərq qoymadan mülki vətəndaşlar hədəf alınıb. Bu, Ermənistanın humanitar atəşkəs öhdəliklərinə necə əməl etdiyini göstərir. Xoşbəxtlikdən, vətəndaşlar arasında itki yoxdur”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

Azvision.az

Teqlər: Hikmət-Hacıyev