Pakistanda erməni terrorunu əks etdirən xüsusi güşə yaradıldı
Ziyarətçilər erməni terrorunu özündə əks etdirən posterlərin, şəkillərin və şuarların yer aldığı güşə ilə tanış olub, onun qarşısında şamlar yandırmaqla, eləcə də güllər və oyuncaqları qoyaraq qətlə yetirilənlərin xatirəsinə öz ehtiramlarını ifadə edirlər.
Səfirliyin binasının yerləşdiyi yolun kənarında quraşdırılmış böyük monitorda isə Gəncə və digər şəhərlərimizin dinc əhalisinə qarşı həyata keçirilmiş çoxsaylı raket hücumlarının nəticələrini və fəsadlarını əks etdirən sənədli filmlər nümayiş etdirilir və məlumatlar çatdırılır.
Güşəyə baş çəkən ziyarətçilər, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ, Cenevrə Konvensiyasının öhdəliklərini, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi vəhşilikləri pisləyərək Azərbaycanla həmrəyliyini və ölkəmizin özünü müdafiə hüququna dəstəyini ifadə edirlər.
Azvision.az
Teqlər: Pakistan