Ermənilər meyitlərini götürmək istəmir, xalqın qəzəbindən qorxurlar

 Ermənilər meyitlərini götürmək istəmir, xalqın qəzəbindən qorxurlar
  27 Oktyabr 2020    Oxunub:2308
"Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin meyitlərini Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Ermənistana verməyə hazırdır".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Tvitter" hesabında yazıb.

"Bunu oktyabrın 18-də bəyan etməyimizə baxmayaraq, Ermənistan tərəfi cavab vermir. Meyitləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır", - H.Hacıyev bildirib.

Beləliklə, bir daha aydın olur ki, Ermənistan cəsədləri götürmək istəmir, çünki mövcud siyasi-hərbi rəhbərlik xalqın reaksiyasından, qəzəbindən qorxur.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti