Türkiyədə terror aktı törədilib - YENİLƏNİB

  27 Oktyabr 2020    Oxunub : 2691
 Türkiyədə terror aktı törədilib -  YENİLƏNİB
Türkiyənin Hatay vilayətində güclü partlayış olub.
Azvision.az xəbər verir ki, hadisə İsgəndərun rayonunun mərkəzində baş verib.

Partlayış dağıntıya səbəb olub, yaxınlıqdakı avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə xilasedici və təcili tibbi yardım briqadları cəlb olunub.

İlkin məlumata görə, Fənər prospektində təhlükəsizlik xidməti əməkdaşları iki terrorçuya qarşı xüsusi əməliyyat keçiriblər. Terrorçulardan biri üzərindəki bombanı işə salaraq özünü partladıb. Hazırda digər terrorçunun axtarışları aparılır.



Azvision.az

Teqlər: Türkiyə   Partlayış