“Report”un 6 yaşı tamam olur

“Report”un 6 yaşı tamam olur
  27 Oktyabr 2020    Oxunub:2997
Bu gün “Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 6 il ötür.
Azvision.az xəbər verir ki, “Report” sayt və gündəlik bülletenlər vasitəsilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına çatdırır.

Oxucuların video formatda xəbərlərə marağını nəzərə alaraq “Report” gündəlik bir neçə xəbər buraxılışı təqdim edir. Xarici auditoriyanın dolğun informasiya ilə təmin etmək üçün isə hər gün video xəbərlər rus dilində də təqdim olunur.

“Report” sosial şəbəkələr vasitəsilə yalnız Azərbaycan auditoriyası üçün deyil, xarici auditoriya üçün də rus və ingilis dillərində fasiləsiz paylaşımları ilə oxucuları ən son yeniliklərlə tanış edir.

O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Azvision.az olaraq, “Report” İnformasiya Agentliyində çalışan həmkarlarımızı bu münasibətlə təbrik edir, onlara xəbər bolluğu və hər yeni layihədə uğur arzu edirik!

Azvision.az



Teqlər: Sayt   KİV  





Xəbər lenti