Parlament Vəng kəndinin Çinarlı adlandırılmasını təsdiqlədi

   Parlament Vəng kəndinin Çinarlı adlandırılmasını təsdiqlədi
  27 Oktyabr 2020    Oxunub:1891
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Komitə sədri bildirib ki, layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Azvision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti