İşçilərinin icbari tibbi sığortalanması məcburi olacaq

İşçilərinin icbari tibbi sığortalanması məcburi olacaq
  27 Oktyabr 2020    Oxunub:1758
Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, Məcəlləyə yeni maddənin "Maddə 307-1. İşçilərin icbari tibbi sığortası" əlavə edilməsi təklif olunur.

Yeni maddəyə əsasən, işəgötürən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


Azvision.az


Teqlər: Tibbi-Sığorta  





Xəbər lenti