Samir Şərifova qarşı erməni təxribatı

Samir Şərifova qarşı erməni təxribatı
  27 Oktyabr 2020    Oxunub:2790
Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılacağı və fond vəsaitlərinin dövlətin hərbi ehtiyaclarına yönləndiriləcəyi ilə bağlı Maliyyə naziri Samir Şərifovun adından sosial şəbəkələrdə yayılan məktub saxtadır və Ermənistan tərəfinin növbəti uğursuz təxribatıdır.
Azvision.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat yayıb. O bildirib ki, Maliyyə Nazirliyi, nazir və nazirliyin hər hansı səlahiyyətli şəxsi tərəfindən bu barədə bəyanat və ya açıqlama verilməyib.

"Bu, döyüş meydanında aciz vəziyyətə düşən işğalçı ölkənin və onun havadarlarının Azərbaycanın informasiya məkanında təxribat törətməyə yönəlmiş növbəti uğursuz cəhdi kimi qiymətləndirilməlidir. Maliyyə Nazirliyi xalqımızı bu kimi təxribatlara qarşı diqqətli olmağa, yalnız rəsmi mənbələrdən verilən məlumatlara inanmağa çağırır".



Azvision.az



Teqlər: Maliyyə-Nazirliyi  





Xəbər lenti