“Bu gün Goranboy, Tərtər, Ağcabədi və Bərdəyə 50-yə yaxın mərmi atılıb”

   “Bu gün Goranboy, Tərtər, Ağcabədi və Bərdəyə 50-yə yaxın mərmi atılıb”
  28 Oktyabr 2020    Oxunub:2361
Ermənistan ordusu humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini, mülki vətəndaşları atəşə tutulmaqda davam edir. Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Ermənistan silahlı qüvvələri bu gün Azərbaycanın Bərdə və Tərtər şəhərlərini “Smerç” raketindən atəşə tutulub: "Terror aktı nəticəsində biri uşaq olmaqla dörd mülki vətəndaş həlak olub, xeyli sayda insan yaralanıb. Ermənilər beynəlxalq qanunlara zidd olaraq Azərbaycanın mülki əhalisinə qarşı kasetli bombalardan istifadə edirlər. Bu da mülki əhali arasında itkinin çox olmasına hesablanıb. Ermənistan Azərbaycanın hərbi qüvvələrinə zərbə endirməkdə acizdir, ona görə də mülki əhalini hədəf seçir".

H.Hacıyev qeyd edib ki, bu gün Ermənistan Azərbaycanın Goranboy, Tərtər, Ağcabədi və Bərdə rayonlarına 50-yə qədər mərmi atıb. Ermənistanın hücumları nəticəsində ümumilikdə indiyədək 69 mülki şəxs həyatını itirib, 322 mülki şəxs yaralanıb.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti