Avstraliyada Gəncə terroru qurbanlarının xatirəsi anıldı

Avstraliyada Gəncə terroru qurbanlarının xatirəsi anıldı
  28 Oktyabr 2020    Oxunub:1781
Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin təşkilatçılığı və Avstraliya-Azərbaycan Assosiasiyasının iştirakı ilə Sidney şəhərindəki Türk Evinin qarşısında Gəncə terroru qurbanlarının anım mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, bu məqsədlə soydaşlarımız və dost xalqların nümayəndələri işğalçı Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror qurbanlarının xatirəsinə Türk Evinin önündə yaradılmış guşəni ziyarət ediblər. Tədbir iştirakçıları həlak olanların ruhuna dualar oxuyub, terror qurbanlarının guşədə qoyulmuş şəkilləri önünə gül dəstələri düzüblər.

İştirakçılar Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı ədalətli mübarizəni dəstəklədiklərini qeyd edib, işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhədən uzaqda yerləşən Gəncə şəhərini və digər yaşayış məntəqələrini artilleriya atəşinə tutmasını, mülki insanları hədəfə almasını kəskin şəkildə pisləyiblər.

Azvision.az


Teqlər: Gəncə   Terror  





Xəbər lenti