Türkiyə XİN Bərdəyə hücumu pislədi

  27 Oktyabr 2020    Oxunub : 1697
   Türkiyə XİN Bərdəyə hücumu pislədi
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Bərdə şəhərinin Ermənistan ordusu tərəfindən atəşə tutulması ilə bağlı bəyanat yayıb.
Azvision.az -ın məlumatına görə, bəyanatda deyilir ki, Ermənistan oktyabrın 26-da elan olunan atəşkəsə məhəl qoymadan Azərbaycanda cəbhə bölgəsindən uzaqda mülki yaşayış yerlərini hədəfləyən davamlı hücumları ilə bütün insani və əxlaqi dəyərləri ayaqlar altına atmaqdadır.

“Ermənistan silahlı qüvvələrinin bu gün axşam saatlarında Bərdə şəhərinə endirdiyi raket zərbələri ilə biri uşaq olmaqla, dörd mülki şəxs həlak olub, 13 nəfər yaralanıb. Həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, Azərbaycan xalqına başsağlığı, yaralılara şəfa diləyirik. Ermənistanın insanlıq əleyhinə hücumlarını ən kəskin şəkildə qınayır, vicdanı və məsuliyyəti olan ölkələri Ermənistanın davam etdirdiyi müharibə cinayətlərinə “dayan” deməyə çağırırıq”.

Azvision.az

Teqlər: Türkiyə   XİN