Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

 Ermənistan atəşkəs rejimini pozmaqda davam edir
  28 Oktyabr 2020    Oxunub:1186
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Azvision.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Belə ki, Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub. Səhər saat 07.35-dən 09.00-dək isə Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qalıb", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Düşmən   Atəşkəs  





Xəbər lenti