Xankəndində doğum evinin “vurulması” yalanı ifşa olundu

   Xankəndində doğum evinin “vurulması” yalanı ifşa olundu
  28 Oktyabr 2020    Oxunub:4466
Bu gün Bərdə şəhərində dəhşətli terror aktı törədən işğalçı Ermənistan çoxsaylı insan ölümü ilə nəticələnən hərbi cinayətdən diqqəti yayındırmaq üçün müxtəlif dezinformasiyalar yayır.
Azvision.az xəbər verir ki, ermənilərin yaydığı növbəti saxta xəbərlərdən biri Azərbaycan Ordusunun guya Xankəndi şəhərində yerləşən doğum evini atəşə tutması ilə bağlıdır.

İşğalçı ölkə bununla Bərdə terrorunu dünya ictimaiyyətinin diqqətindən çəkməyə çalışsa da, nəticədə istəyinə nail ola bilmir.



Apardığımız araşdırma zamanı məlum olub ki, ermənilərin "doğum evi" kimi təqdim etdiyi bina tikintisi başa çatmamış tikilidir. Həmin bina ümumiyyətlə, indiyədək heç vaxt doğum evi kimi fəaliyyət göstərməyib. Hazırda tikintisi davam edən binanın ilin sonunda istifadəyə veriləcəyi gözlənilirdi.

Bu fakt bir daha təsdiqləyir ki, Ermənistan tərəfinin yaydığı məlumatlar saxtadır, məqsəd insanlar arasında çaşqınlıq yaratmaq, onlarla günahsız azərbaycanlının ölümünə səbəb olan qanlı cinayətlərə bəraət qazandırmaqdır.

Azvision.az


Teqlər: Xankəndi  





Xəbər lenti