FHN-in rəhbər heyəti Bərdəyə getdi - FOTO

FHN-in rəhbər heyəti Bərdəyə getdi -  FOTO
  28 Oktyabr 2020    Oxunub:3499
Xəbər verildiyi kimi, oktyabrın 28-də Bərdə şəhəri növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qalıb. Hazırkı vəziyyətə görə, nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb, bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız vəziyyətə düşüb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az-a bildirilib ki, hadisə ilə bağlı hazırda Fövqəladə Hallar nazirinin müavinləri tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev Bərdə rayonundadırlar.

Nazir müavinləri raket zərbələrinin hədəfinə gəldiyi obyektlərə baxış keçirib, vətəndaşlarla görüşüb, yaralılara baş çəkiblər.



Azvision.az


Teqlər: FHN   Bərdə  





Xəbər lenti