“Ermənistan hakimiyyəti ağıl və vicdanını itirib” - Türkiyə XİN

 “Ermənistan hakimiyyəti ağıl və vicdanını itirib” -    Türkiyə XİN
  28 Oktyabr 2020    Oxunub:2630
Ermənistanın mülki əhalini qətlə yetirmək üçün apardığı xain siyasət Xocalı soyqırımının arxasındakı xəstə zehniyyətin təzahürüdür.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin ermənilərin Bərdə şəhərinə növbəti raket hücumu ilə bağlı açıqlamasında bildirilib.
Məlumatda qeyd olunub: “Dünənki vəhşi hücumdan sonra Ermənistan Azərbaycanın münaqişə zonasından uzaqda olan Bərdə şəhərində mülki əhaliyə qarşı yenidən vəhşi və xain bir hücum həyata keçirdi. İlkin məlumatlara əsasən, bu hücum nəticəsində 21 nəfər həlak olub, 70-dən artıq insan yaralanıb. Həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralıların tez sağalmalarını diləyirik. Can Azərbaycana başsağlığı verir, mətanətli olmasını diləyirik.

Ermənistanın uşaq, gənc, yaşlı demədən mülki əhaliyə qarşı həyata keçirdiyi bu alçaq hücumları lənətləyirik. Ermənistanın mülki əhalini terrora məruz qoymaq və qətlə yetirmək üçün apardığı xain siyasət Xocalı soyqırımının arxasındakı xəstə zehniyyətin təzahürüdür. İşğal etdiyi torpaqlardan çıxmamaq üçün hər yola baş vuran Ermənistanın hakimiyyəti ağıl və vicdanını itirmiş şəkildə hərəkət etməkdədir. Bu son hücum Ermənistanın törətdiyi müharibə cinayətləri siyahısında bir utanc vəsiqəsi olaraq yerini aldı. Başda Minsk qrupunun həmsədrləri olmaqla beynəlxalq ictimaiyyətin Ermənistana lazımi reaksiya verməsinin vaxtı çoxdan gəlib çatıb".

Azvision.az


Teqlər: Türkiyə   XİN  





Xəbər lenti