Pakistan Milli Assambleyası erməni təcavüzünü pisləyən qətnamə qəbul etdi

  28 Oktyabr 2020    Oxunub : 2026
 Pakistan Milli Assambleyası erməni təcavüzünü pisləyən qətnamə qəbul etdi
Bu gün Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti pisləyən qətnamə qəbul edib.
Azvision.az -ın məlumatına görə, qətnamə deputat, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim olunub və yekdilliklə təsdiqlənib.

Xatırladaq ki, 2012-ci il fevralın 1-də Pakistan Senatının Xarici əlaqələr komitəsi, 2017-ci il fevralın 2-də isə Pakistan Milli Assambleyasının Xarici işlər üzrə daimi komitəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan qətnamələr qəbul edib.

Hazırkı qətnamə bütövlükdə Pakistan Milli Assambleyasının mövqeyini əks etdirir.

Azvision.az

Teqlər: Pakistan