XİN rəhbəri Britaniyanın dövlət naziri ilə telefonla danışıb

XİN rəhbəri Britaniyanın dövlət naziri ilə telefonla danışıb
  29 Oktyabr 2020    Oxunub:1613
Cari ilin 28 oktyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət Naziri Vendi Morton ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistan silahlı qüvvələrinin üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq mülki Azərbaycan əhalisini qəsdən hədəfə aldığını bildirib.

Ermənistanın münaqişə zonasından çox uzaqda yerləşən Bərdə şəhərinə raket hücumlarının müharibə və insanlığa qarşı cinayət olduğunu deyib. Nazir Azərbaycanın dinc əhalisinə qarşı törədilən qəddar hücumlara görə bütün məsuliyyəti Ermənistan rəhbərliyinin daşıdığını diqqətə çatdırıb.

Nazir Vendy Morton öz növbəsində mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə edib və mülki şəxslərə qarşı hücumların yolverilməz olduğunu bildirib. O, bölgədəki gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti