“Kimin ürəyində nə varsa, bu, bizim işimiz deyil”
Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Birinci mərhələdə, hərbi toqquşmaların ilk günlərində bəzi sapmalar bizdə bitərəfliyə şübhə oyadırdı, indi isə düşünürəm ki, bütün bunlar qaydaya düşüb. Həmsədr ölkələrin ali rəhbərliyi ilə mənim əlaqələrim, habelə əminəm, - Azərbaycanın aldığı beynəlxalq dəstək, - indi gördüyümüz bitərəfliyə gətirib çıxarıb. Bir daha deyirəm, kimin ürəyində nə varsa, bu, bizim işimiz deyil. Lakin beynəlxalq hüququn normalarına və bitərəfliyə riayət edilməsi baxımından, əlbəttə, vasitəçilər buna əməl etməlidirlər. Əks halda onlar, sadəcə, vasitəçi olmaq imkanını itirərlər”.
Prezident qeyd edib ki, vasitəçi qərəzsiz olmalıdır. O, emosiyalarını evdə qoymalı, ya da ikitərəfli formatı tərk etməli, nizamlama çərçivəsində isə ona ATƏT-in verdiyi mandatı və münaqişəni Azərbaycanın və ya Ermənistanın istəyinə uyğun şəkildə deyil, beynəlxalq hüququn tələb etdiyi qaydada nizamlamaq arzusunu əsas götürməlidir.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev