Bərdədə həlak olanlardan biri BQXK-nin könüllüsüdür
29 Oktyabr 2020
Oxunub:4168
Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində həlak olanlar arasında Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də var.
Azvision.az xəbər veriri ki, bu barədə təşkilatın Avropa bürosunun rəsmi "Twitter" səhifəsində məlumat yerləşdirilib.
"Bu gün günortadan sonra Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə humanitar yardım çatdırarkən könüllülərimizdən birinin həlak olması xəbəri bizi dərindən sarsıtdı. 39 yaşlı ata Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin təcili mobil qrupunun əməkdaşı idi və raket hücumunda həlak olub", - məlumatda qeyd olunub.