“Ermənistanla sivil dünya arasında böyük uçurum var” - Hikmət Hacıyev

“Ermənistanla sivil dünya arasında böyük uçurum var” -  Hikmət Hacıyev
  29 Oktyabr 2020    Oxunub:2208
Ermənistan döyüş meydanından qorxub qaçır, mülki insanlara qarşı cəsarətsiz addımlar atır.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, xarici diplomatlarla Bərdəyə səfərdə əsas məqsəd Ermənistan rəhbərliyinin törətdiyi cinayəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

“Bərdəyə hücum Ermənistanla sivil dünya arasında böyük uçurumun olmasına bir nümunədir. Biz Bərdədən sonra xarici diplomatlarla Tərtərə gedəcəyik. Biz qorxmuruq, xalqımızla həmrəyliyimizi bir daha nümayiş etdirirk. Əsas məqsəd bu cinayəti beynəlxalq ictimaiyyətə çatdırmaqdır”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti