Goranboyda həlak olan şəxsin adı açıqlandı

Goranboyda həlak olan şəxsin adı açıqlandı
  29 Oktyabr 2020    Oxunub:2509
Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 29.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 17 radələrində Goranboy rayonu, Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Ziyadova Flora Qaraş qızı həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Azvision.az


Teqlər: Baş-Prokurorluq   Goranboy  





Xəbər lenti