AZƏRTAC-ın bəzi əməkdaşlarına xidməti pasport veriləcək

AZƏRTAC-ın bəzi əməkdaşlarına xidməti pasport veriləcək
  29 Oktyabr 2020    Oxunub:2233
Prezident İlham Əliyev “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Azvision.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin idarəetmə orqanlarının rəhbərləri (üzvləri) də xidməti pasport almaq hüququ olan vəzifəli şəxslər sayılacaq.

Həmçinin, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş redaktorları, redaksiya müdirləri, baş müxbirləri, böyük fotomüxbirləri, xarici ölkələrdə çalışan müxbirləri Xidməti pasport almaq hüququna malik olacaq.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) xarici ölkələrdə çalışan müxbirləri üç aydan artıq xarici ölkələrdə işləyərsə, onların arvadı (əri), 18 yaşına çatmamış uşaqları və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları da xidməti pasport almaq hüququna sahib olacaq.

Azvision.az



Teqlər: Azərtac   Fərman  





Xəbər lenti