Nazir sülhməramlı məsələsinə münasibət bildirdi

Nazir sülhməramlı məsələsinə münasibət bildirdi
  29 Oktyabr 2020    Oxunub:1515
Dağlıq Qarabağda mümkün sülhməramlı missiya üçün Bakının razılığı olmalıdır.
Azvision.az -ın məlumatına görə, bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

XİN başçısı bildirib ki, beynəlxalq sülhməramlılar mövzusu yeni deyil: “Bu, münaqişənin nizamlanması prosesinin əsas elementlərindən biri, baza prinsiplərinin tərkib hissəsidir və uzun illər sülh danışıqlarının əsasında olub. Bu barədə ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarında deyilir. Bu qərarda Yüksək səviyyəli planlaşdırma qrupuna Dağlıq Qarabağda ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrin yaradılması, strukturunun müəyyənləşdirilməsi və fəaliyyəti üzrə planın hazırlanması tapşırılır”.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti