Azərbaycan Ordusunun məhv etdiyi P-18 nədir? - DETALLAR

Azərbaycan Ordusunun məhv etdiyi P-18 nədir? -  DETALLAR
  30 Oktyabr 2020    Oxunub:58042
Azərbaycan Ordusu düşmənin hava hücumundan müdafiə sistemini sıradan çıxarır.

Azvision.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikaları məhv edilib.
Cavab zərbələri zamanı, Ermənistan ordusunun PUA və döyüş təyyarələrinin yerini müəyyən edilməsində istifadə olunan P-18 radiolokasiya stansiyası sıradan çıxarılıb. P-18 metrlik dalğa diapazonunda dairəvi görünüşə malik mobil iki koordinatlı radiolokasiya stansiyasıdır.



P-18 avadanlıqları yeni element bazasına köçürülərək P-12MP radarının bazasında yaradılıb. Eyni zamanda, radar həmin dövrdə yeni yaradılan “Kremni-2M” təyyarələrinin dövlət mənsubiyyətinin müəyyənləşdirmə sistemi ilə uyğunlaşdırılıb. Müvəffəqiyyətli sınaqlardan sonra yeni P-18 radarı 1971-ci ildə Sovet ordusu tərəfindən silahlanmaya qəbul edilib. Rusiyada P-18M radarları 2007-ci ilə qədər ordu hissələrinə çatdırılıb. Hazırda Rusiya “Nebo” (Səma) ailəsinin metrlik diapazonlu RLS-lərini istehsal edir.



P-18 radarı görünüş zonası daxilində hava hədəflərinin, o cümlədən stels texnologiyalıların vaxtında aşkarlanması və izlənilməsi, onların dövlət mənsubiyyətinin müəyyənləşdirməsi və koordinatlarını hava şəraiti haqqında məlumat tələb edənlərə təqdim etmək üçün nəzərdə tutulub. P-18 hava hədəflərinə zərbə endirən yerüstü atəş vasitələrinə daha dəqiq hədəf göstərilməsini və qırıcı aviasiyanın düşmən təyyarələrinə yönəldilməsini təmin edir. Bundan əlavə, stansiyanın radio-elektron maneələrdən qorunması da artırılıb.



1979-cu ildən P-18 stansiyanın tərkibinə yeni “özümün-özgənin” sorğulama qurğusu əlavə edilib və digər bir avtomobil bazasına yerləşdirilib. Yüksək texniki xüsusiyyətlər, istismar asanlığı, etibarlılığı və yüksək hərəkətliliyi P-18 radarının bir çox ölkələrin HHM qoşunlarının istifadəsində yer almasına şərait yaradıb. Bütün radar avadanlıqları iki avtomobilin özüyeriyən bazasına yerləşdirilir. Onlardan birinə operatorların iş yerləri ilə elektron avadanlıqlar yerləşdirir, ikincisi isə anten maçta qurğusunu (AMU) daşıyır. Avtonom elektrik təchizatı üçün, iki ədəd AD-10 (4S 8,5/11) dizel aqreqatı qoşquda yerləşdirilir.



Əlavə olaraq, ZRK-nın komandiri üçün kabində daşınan dairəvi müşahidə göstəricisi quraşdırılır. P-18-2 radarı 2005-2013-cü illərdə LEMZ və NITEL ASC-ləri tərəfindən hazırlanıb və burada məlumatların rəqəmsal emalından istifadə edilir. Radar günün istənilən vaxtında, küləyin 30 m/s-ə qədər sürətində və ətraf mühitin xarici temperaturunun -50 ilə +50 dərəcə selsi arasında dəyişməsi şəraitində işləyə bilər.

İstismarının nisbətən ucuz qiyməti, sadə və etibarlı olmasına baxmayaraq bu radiolokasiya stansiyaları yüksək texniki xüsusiyyətlərə malikdir.



Fəaliyyət diapazonunun dalğa uzunluqlarının üstünlükləri ilə texniki həllərin uyğunlaşdırılması təkmilləşdirilən P-18 radarının geniş yayılmasını təmin edib. P-18-in texniki cəhətdən təkmil olması təzahürlərindən biri də radarın modernləşmə imkanlarıdır. Bu imkanlar sayəsində müasir element bazasına keçidi, mikroprosessor texnologiyasının tətbiqi, rəqəmsal siqnal emalında son nailiyyətlərin tətbiqi mümkün olub.

Azvision.az


Teqlər: P-18   Radar   Qarabağ  





Xəbər lenti