Məşhur erməni biznesmen Paşinyanı istefaya çağırdı

Məşhur erməni biznesmen Paşinyanı istefaya çağırdı
  30 Oktyabr 2020    Oxunub:2812
Rusiyada yaşayan məşhur erməni biznesmen, “Monarx” şirkətlər qrupunun baş direktoru Sergey Ambartsumyan Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktub yazaraq, onu istefaya çağırıb.

Azvision.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, vaxtilə Paşinyana ciddi dəstək verən biznesmen hakimiyyətin Rusiyanın etibar etdiyi təcrübəli bir şəxsə ötürülməsinə çağırış edib.
İş adamı qeyd edib ki, 2018-ci ildə erməni xalqı daha ədalətli, perspektivli dünyada yaşayacaqlarına sadəlövhcəsinə inandıqları üçün əvvəlki hakimiyyətə qarşı çıxaraq Paşinyanın arxasınca getdilər: "Bu vəziyyətdə yeganə düzgün qərar hakimiyyəti qısa müddət ərzində bu böhranı aşacaq və Rusiya tərəfindən mütləq güvənilən bir şəxsə ötürməkdir”.

Erməni mətbuatı yazır ki, Ambartsumyan ad açıqlamasa da, əslində hakimiyyətin ikinci prezident Robert Koçaryana ötürülməsinə işarə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti