Məsud Yılmaz vəfat edib

 Məsud Yılmaz vəfat edib
  30 Oktyabr 2020    Oxunub:2373
Türkiyənin sabiq Baş Naziri Məsud Yılmaz dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

73 yaşlı M.Yılmazın ötən ilin yanvar ayında ağciyərində şiş aşkarlanmışdı. O, uzun müddət idi ki, müalicə alırdı.

Xatırladaq ki, M.Yılmaz 1997-1999-ci illərdə Baş Nazir vəzifəsində çalışıb. 1991-2002-ci illərdə Türkiyənin Ana Vətən Partiyasının sədri olub. Dəfələrlə deputat seçilən M.Yılmaz Türkiyənin Xarici İşlər və Turizm nazirləri vəzifələrində də işləyib.

O,2004-cü ildə Ali Məhkəmədə mühakimə olunub. M.Yılmaz Cümhuriyyət tarixində Ali Məhkəmədə mühakimə olunan ilk Baş Nazir idi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MəsudYılmaz   Türkiyə  





Xəbər lenti