“Vəziyyət tezliklə nəzarət altına alına bilər” - Emin Əmrullayev

 “Vəziyyət tezliklə nəzarət altına alına bilər” -  Emin Əmrullayev
  30 Oktyabr 2020    Oxunub:1955
"Biz artıq 8 aydır ki, pandemiya ilə üz-üzəyik. Hazırda Operativ Qərargahda olan aidiyyatı dövlət qurumları, onların rəhbərləri, səhiyyə, təhsil sistemləri situasiyanı daha yaxşı başa düşürlər".
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, yoluxma sayı çox olsa da, ötən həftə ilə müqayisədə sürət azalıb.

“Bu da atılan addımların nəticəsidir. Tamamilə bu situasiyadan çıxmaq üçün hər bir vətəndaşın davranışı aydındır. Qaydalara əməl etməklə vəziyyət tezliklə nəzarət altına alına bilər”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Nazir   virus   təhsil   EminƏmrullayev  





Xəbər lenti