Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi
  30 Oktyabr 2020    Oxunub:3264
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
Azvision.az -ın məlumatına görə, bunu Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, uçot dərəcəsinin 6,5%-də dəyişməz saxlanması haqqında qərar qəbul edilib. Faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7% səviyyəsində müəyyən edilib.

Qərar bu gündən qüvvəyə minir.

Azvision.az


Teqlər: AMB   Uçot  





Xəbər lenti