Düşmənin mülki əhaliyə hücumları ilə bağlı 52 cinayət işi açılıb

Düşmənin mülki əhaliyə hücumları ilə bağlı 52 cinayət işi açılıb
  30 Oktyabr 2020    Oxunub:2301
Sentyabrın 27-dən oktyabrın 30-dək Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə 52 cinayət işi başlanmaqla istintaq olunur.
Azvision.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev oktyabrın 30–da ölkəmizdə akkreditə olunan diplomatik korpusun, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün təşkil olunan brifinqdə bildirib.

Onun sözlərinə görə, bu cinayət işlərindən 45-nin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılır. Onlardan 39 cinayət işi raket zərbələrinin əhalinin yaşadığı məntəqələrə və strateji obyektlərə vurulması, 5-i muzdluların Dağlıq Qarabağda döyüş əməliyyatlarında iştirak etməsi, 1-i isə tarixi abidələrin məhv edilməsi və ekologiyaya qarşı cinayətlərlə bağlıdır.

Ümumilikdə muzdluların döyüş əməliyyatlarında iştirakı və əsir düşmüş hərbçilərə qarşı qeyri-insani rəftarlarla bağlı 3 cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin Baş istintaq idarəsi, 4 cinayət işi isə Hərbi Prokurorluq tərəfindən istintaq olunur.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Prokurorluq   Cinayət  





Xəbər lenti