Ermənilər 34 gündə 91 mülki şəxsi öldürüb

Ermənilər 34 gündə 91 mülki şəxsi öldürüb
  30 Oktyabr 2020    Oxunub:2287
Sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 400 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bunu Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayət işlərinin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

Onun sözlərinə görə, 428 mülki obyekt, 92 çoxmənzilli yaşayış binası və 2442 yaşayış evi yararsız vəziyyətə düşüb.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Prokurorluq   Ermənistan  





Xəbər lenti