Ermənistan 7 halda “Skad” raketlərindən istifadə edib

 Ermənistan 7 halda “Skad” raketlərindən istifadə edib
  30 Oktyabr 2020    Oxunub:2418
Ermənistan tərəfindən törədilən hərbi cinayətlər zamanı 7 halda “SCUD”, 34 halda "Smerç", 5 halda kaset bombaları, 177 halda isə "Qrad" raketlərdən istifadə edilib.
Azvision.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev oktyabrın 30–da ölkəmizdə akkreditə olunan diplomatik korpusun, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün təşkil olunan brifinqdə bildirib.

Onun sözlərinə görə, 11 və 17 oktyabr tarixlərində Gəncəyə 3 ballistik “Skad” raketi atlıb: “Ermənistan silahlı qüvvələri Kürdəmir və Qəbələ şəhərlərinə də “Sakd” tipli raketlər atıb. S-300 zenit-raket komplekslərindən istifadə olunub. Bəzi hallarda “Toçka-U” “Smerç” quruğalarından atılıb. Sonuncu dəfə Bərdə şəhərinə atılan silah kasset tipli bombalar olub.

Əldə olunmuş məlumatlara görə, “SCUD” və “S-300” raketləri Ermənistanın Vardenis rayonu ərazisindən atılıb. “Smerç” tipli raketlər isə bəzi hallarda işğal altındakı Kəlbəcər, Xankəndi və digər işğal altındakı ərazilərdə yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi bazalarından atılıb”.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər:





Xəbər lenti