“Ermənilər əsir götürülmüş bəzi hərbçiləri qətlə yetirib”

“Ermənilər əsir götürülmüş bəzi hərbçiləri qətlə yetirib”
  30 Oktyabr 2020    Oxunub:3541
“Azərbaycan tərəfi 30 cəsədi birtərəfli qaydada Ermənistana verib”.
Azvision.az -ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycan hərbçilərinin meyitlərini toplamır və vermir: “Ermənistan tərəfinin bizim əsirlər və meyitlərə qarşı təhqiramiz davranış göstərdiyi müəyyən edilib. Elə hallar olub ki, əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib. Bunu kriminalstlərin müəyyən etməsi çox asandır. Artıq Azərbaycan hərbçilərinə qarşı düşmən tərəfindən törədilən cinayətlərlə bağlı Hərbi Prokurorluqda 4 cinayət işi başlanılıb”.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Baş-Prokuror   Əsir  





Xəbər lenti