Nazirlərin Cenevrə görüşü başa çatdı - YENİLƏNİB

Nazirlərin Cenevrə görüşü başa çatdı -  YENİLƏNİB
  31 Oktyabr 2020    Oxunub:4872
Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyanla görüşü başa çatıb.
Azvision.az xəbər verir ki, danışıqlar 6 saatdan çox davam edib.

Nazirlərin görüşünün detalları hələlik məlum deyil.

Qeyd edək ki, Cenevrə görüşü ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilib. Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Xatırladaq ki, bundan əvvəl həmsədrlər nazirlərlə ayrılıqda görüşüblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Cenevrə   Görüş   XİN  





Xəbər lenti