Bərdə və Tərtəri atəşə tutan daha 2 "Smerç" məhv edildi - VİDEO

 Bərdə və Tərtəri atəşə tutan daha 2 "Smerç" məhv edildi -  VİDEO
  30 Oktyabr 2020    Oxunub:8451
Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.
Bu barədə Azvision.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Oktyabrın 30-u saat 12.55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.

Reaktiv sistemlərin məhv edilidyi anın videogörüntülərini təqdim edirik.



Azvision.az


Teqlər: Düşmən   Smerç   MN  





Xəbər lenti