"Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq" - Prezident

  "Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq" -  Prezident
  30 Oktyabr 2020    Oxunub:3085
Hər zaman olduğu kimi, bu gün də xalqımız dost və qardaş Türkiyənin yanındadır.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib.
Prezident bildirib ki, Azərbaycan qardaş ölkəyə hər cür yardım göstərməyə hazırdır.

Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin İzmir şəhərində güclü zəlzələ baş verib.

Azvision.az


Teqlər: İlham-Əliyev   Türkiyə  





Xəbər lenti