Ermənistanda din xadimləri zorla müharibəyə aparıldı

Ermənistanda din xadimləri zorla müharibəyə aparıldı
  30 Oktyabr 2020    Oxunub:2994
Ermənistanda din xadimlərinin Qarabağdakı döyüşlərə cəlb olunması barədə məlumatlar öz təsdiqini tapıb. Belə ki, Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhərindəki Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviç məcburi şəkildə döyüşə aparıldığını etiraf edib.
25 yaşlı pastor oktyabrın 16-da Sisiandakı hərbi komissarlığa çağırılıb. Ona Azərbaycana qarşı döyüşlərdə iştirak etməli olduğu deyilib.



Araratoviçin sözlərinə görə, onun kimi bir çox din xadimi döyüşə getmək istəməsə də, buna məhəl qoyulmayıb. “Kalaşnikov” avtomatı ilə silahlandırılan erməni din xadimləri Qarabağa, şiddətli döyüşlərin getdiyi Qubadlı istiqamətinə aparılıblar.

Erməni əsirin ifadəsindən məlum olur ki, işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi dini inancları heçə sayaraq, uşaqdan böyüyə hamını ölüm meydanına göndərir. Bu işdə kilsə rəhbərləri xüsusi fəallıq nümayiş etdirir.



Son günlər Ermənistan KİV-ləri və sosial şəbəkələrdə apardığımız müşahidələr də göstərir ki, işğalçı ölkədə kilsələr insanları sülhə, barışığa səsləmək əvəzinə Azərbaycan torpaqlarını zəbt etmək üçün qan tökməyə təhrik edir. Bu məqsədlə Böyük Kilikiya Evinin katolikosu I Aram erməni xalqına Azərbaycana qarşı döyüşlərə qoşulmaq üçün müraciət edib. O, erməniləri öz torpaqlarını azad edən Azərbaycan Ordusuna müqavimət göstərməyə çağırıb.



“Müqavimət göstərməli və qazanmalıyıq” - deyən katolikos belə təxribatçı çağırışla dindən siyasi və terror məqsədləri üçün istifadə etdiklərini ortaya qoyub. Heç kimə sirr deyil ki, xristianlıq pərdəsi altında gizlənən erməni kilsələri ASALA və digər terror təşkilatlarının maliyyələşməsində aktiv rol oynayırlar. İndi də öz terorçu missiyalarını davam etdirirlər.



Xatırldaq ki, bir müddət əvvəl bütün ermənilərin katolikosu II Qareqin dini dəyərləri tapdalayaraq bəyan etmişdi ki, "Arsax" (Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi-red) heç bir statusda Azərbaycanın ola bilməz.

"Əziz övladlarımız, bu həlledici məqamda sizə müraciət edirik. Vətənin və millətin müdafiəsi uğrunda fədakarlıqla mübarizəyə qoşulun, məkrli düşməni məğlub etmək, onun pis niyyətlərini pozmaq və doğma yurdumuzu daha da gücləndirmək üçün cəbhədə döyüşən əsgərlərimizi dəstəkləyin”- II Qareqin erməni xalqına silah sarılmağa çağırmışdı.

Bütün bu kimi müraciətlərə baxmayaraq, hazırda Ermənistan ordusu olduqca acınacaqlı durumdadır. Döyüş meydanında sarsıdıcı zərbələr alan işğalçı ölkə xeyli sayda itkilər verib, erməni hərbçilərin çoxu silahını ataraq döyüşdən qaçıb. Ölkədə fərarilik, özbaşınalıq tüğyan edir. Cəbhəyə göndərməyə adam tapmayan Ermənistan rəhbərliyi xəstə, qoca, qadın, uşaqlarla yanaşı məhkumları da müharibəyə cəlb etməklə biabırçı vəziyyətdən çıxmağa çalışır.

Azvision.az


Teqlər: Ermənistan   Döyüş   Müharibə  





Xəbər lenti