“Dualarımız qardaş Türkiyə ilə birlikdədir” - Hikmət Hacıyev

   “Dualarımız qardaş Türkiyə ilə birlikdədir” -    Hikmət Hacıyev
  31 Oktyabr 2020    Oxunub:2522
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşım edib.
Azvision.az xəbər verir ki, paylaşımda deyilir: "Dualarımız qardaş Türkiyə ilə birlikdədir. Zəlzələdə həyatını itirənlərə Uca Allahdan rəhmət diləyirik. Başın sağ olsun Türkiyə! Keçmiş olsun”.

Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti