Pakistanlı vəkillərdən Azərbaycana dəstək

Pakistanlı vəkillərdən Azərbaycana dəstək
  31 Oktyabr 2020    Oxunub:1705
Pakistanın Pəncab Vəkillər Kollegiyasının beynəlxalq əlaqələr üzrə ofisinin rəhbəri vəkil Sahil Səcidin rəhbərliyi ilə Pakistan Vəkillər Şurasının, Pakistan Ali Məhkəmə Vəkillər Kollegiyasının, İslamabad Yüksək Məhkəmə Vəkillər Kollegiyasının, Lahor Yüksək Məhkəmə Vəkillər Kollegiyasının nümayəndələri Azərbaycanın Pakistandakı səfirliyində ölkəmizin səfiri Əli Əlizadə ilə görüşüblər.
Vəkillər Kollegiyasından Azvision.az -a bildirilib ki, görüşdə iştirak etmiş vəkillər kollegiyalarının nümayəndələrinə sentyabrın 27-də Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlər barədə ətraflı məlumat verilib, Ermənistanın mülki insanları qətlə yetirməsi, törətdikləri müharibə cinayətləri və vəhşiliklər pakistanlı vəkillər tərəfindən pislənib. Həmçinin görüşdə pakistanlı vəkillər Qarabağda ölkəmiz tərəfdən döyüşdə iştirak etməyə hazır olduqlarını ifadə ediblər.

Görüşdə səfir Əli Əlizadə nümayəndə heyətini ölkəmizə səfər etməyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq barədə memorandum imzalamağı təklif edib. Qeyd olunub ki, Vəkillər Kollegiyası pakistanlı həmkarlarının bu təşəbbüsünü alqışlayır, onlara ölkəmizin haqq işində və bu çətin zamanda göstərdikləri dəstək və həmrəyliyə görə dərin minnətdarlığını bildirir. Eyni zamanda Vəkillər Kollegiyası pakistanlı həmkarlarını tezliklə Bakıda görməkdən və əməkdaşlıq memorandumu imzalamaqdan məmnunluq duyacağını bildirir.

Azvision.az


Teqlər: Pakistan   Vəkil  





Xəbər lenti