“FranckMuller”in banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub

“FranckMuller”in banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub
  31 Oktyabr 2020    Oxunub:2518
“FranckMuller" saatlarının banisi Vartan Sermakes Azərbaycanın işğal olnumuş Kəlbəcər rayonunda və Vecnəli kəndində qanunsuz qızıl axtarışı ilə məşğul olub.
Azvision.az xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.

Hikmət Hacıyev bildirib: “FranckMuller” saatlarının banisi Vartan Sermakes Azərbaycanın işğal olnumuş Kəlbəcər rayonunda və Vecnəli kəndində qanunsuz qızıl axtarışı ilə məşğul olub. Bizdə Sermakesə qarşı cinayət işinin başladılması üçün yerlərdə daha çox fakt olacaq”.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti