Zəlzələdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur

   Zəlzələdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur
  31 Oktyabr 2020    Oxunub:1390
Egey bölgəsində baş vermiş zəlzələ nəticəsində İzmirdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur.
Azvision.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyindən verilən məlumata görə, diplomatik nümayəndəliyimizdə yaradılan “Qaynar xətt” fasiləsiz olaraq fəaliyyət göstərməkdədir.

Bundan başqa, diplomatlarımız mütəmadi olaraq İzmirdəki vətəndaşlarımız və yerli hakimiyyət orqanlarının təmsilçiləri ilə təmasdadırlar.

Azvision.az



Teqlər: Türkiyə   Zəlzələ   Səfirlik  





Xəbər lenti