Cəbhəboyu ərazilərdə top mərmisi, döyüş başlıqları, bombacıq aşkarlandı

Cəbhəboyu ərazilərdə top mərmisi, döyüş başlıqları, bombacıq aşkarlandı
  31 Oktyabr 2020    Oxunub:1462
Oktyabrın 30-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər, Xocavənd rayonları və Mingəçevir şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən – 26 (iyirmi altı) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 1 (bir) müraciət daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, daxil olmuş 27 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Minəxaorlu, Rəncbərlər kəndləri, Ağdam rayonunun Xındırıstan, Üçoğlan kəndləri, Bərdə rayonunun Qarayusifli, Yeni Daşkənd kəndləri, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Şükürbəyli kəndi, Haramı düzü adlanan ərazi, Horadiz şəhəri, Goranboy rayonunun Şahməmmədli, Meşəli kəndləri, Tərtər rayonunun Kəbirli, Seyidimli kəndləri, Narlıq qəsəbəsi, Axundov, E.Səfərov küçələri, Xocavənd rayonu ərazisi və Mingəçevir şəhəri ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 24 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 122 millimetrlik top mərmisi (OF-56), 2 ədəd mərminin döyüş başlığı, 1 ədəd 9N235 bombacığı, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 24 ədəd partlamış mərmi qalıqları aşkarlanıb.

Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd 9N235 bombacığı zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 42 min 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti