Qubadlını atəşə tutan düşmənə cavab verildi

 Qubadlını atəşə tutan düşmənə cavab verildi
  31 Oktyabr 2020    Oxunub:2680
Ermənistan müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb: "Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək".

Azvision.az


Teqlər: Düşmən   Atəş   Mıhv  





Xəbər lenti