Saxta informasiya hücumlarının qarşısını almaq üçün sayt yaradıldı

Saxta informasiya hücumlarının qarşısını almaq üçün sayt yaradıldı
  31 Oktyabr 2020    Oxunub:1638
Düşmənin Azərbaycan xalqı arasında inamsızlıq və çaşqınlıq yaratmaq məqsədilə internet resurslarında və sosial şəbəkələrdə saxta-feyk xəbərlərinin qarşısının alınması üçün yeni sayt yaradılıb.
Azvision.az xəbər verir ki, kütləvi şikayətin təmin olunması məqsədilə yaradılan www.fake.az internet saytı fəaliyyətə başlayıb.

İstifadəçilər sayta qeydiyyatsız daxil olaraq şikayət olunan hesabların linkini bazaya əlavə edə biləcək. Həmçinin bazaya daxil edilmiş linklər vasitəsilə aidiyyəti üzrə facebook, telegram, apple, google və s. şikayət etmək və bazaya daxil edilmiş şikayətlərin səbəbləri ilə tanış olmaq olmaq mümkündür.

Əlavə olaraq, Telegram mobil tətbiqində @FakeazBot-dan istifadə edərək şikayət olunan hesabların linkini bazaya daxil etmək mümkündür.

Azvision.az


Teqlər: Sayt  





Xəbər lenti