“Bizdə onların qərəzliliyi ilə bağlı böyük şübhələr var” - Prezident

 “Bizdə onların qərəzliliyi ilə bağlı böyük şübhələr var” -  Prezident
  31 Oktyabr 2020    Oxunub:2247
Biz “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını Azərbaycana dəvət etmişik. Əfsuslar olsun ki, onlar hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Onlar bura gəlmək üçün bizə müraciət etməyiblər. Ona görə bizdə onların qərəzliliyi ilə bağlı böyük şübhələr var.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının mövqeyini şərh edərkən səsləndirib.

Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Onlar bizim “Nəyə görə buraya gəlmirsiniz?” dediyimizə görə gəlirlər. Biz onlara “xahiş edirik, buraya gəlin” müraciətini etdikdən sonra onlar gəlməyə razılıq verdilər. Lakin onlar birinci növbədə niyə gəlmədilər?”.
Fon der Leyen Prezidentimizi təbrik edib

Prezident qeyd edib ki, ballistik mərminin buraxılışı peykdən görünür. Heç kim deyə bilməz ki, Azərbaycan Dağlıq Qarabağda və ya Ermənistanda mülki şəxslərin yaşadığı istənilən yerə ballistik raket atıb. “Mən istərdim ki, onlar buraya gəlsinlər və o dəlilləri təqdim etsinlər. Eyni zamanda, Gəncəyə, Tərtərə, Bərdəyə getsinlər və ermənilərin hansı növ silahlardan istifadə etdiklərini görsünlər. Qərəzsiz olsunlar”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Onların Ermənistanda insan haqlarının pozulması ilə bağlı heç vaxt heç bir şərh vermədiklərini vurğulayan dövlətimizin başçısı deyib ki, sıralarında erməni əsilli insanların olduğu bu təşkilatlardan əsasən Azərbaycanın imicinə xələl gətirmək üçün istifadə olunur: “Lakin buna baxmayaraq, biz onları dəvət etdik, qoyun, onlar gəlsinlər və gördüklərini desinlər”.

Azvision.az


Teqlər: İlham-Əliyev   Almaniya  





Xəbər lenti